Rusiya millisinin AVRO-2020 üçün ilkin iştirak ərizəsi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Stanislav Çerçesov geniş heyətdə 30 futbolçuya yer verib.
Şimal qonşularımız qitə birinciliyi öncəsi Polşa (1 iyun) və Bolqarıstanla (5 iyun) keçiriləcək yoldaşlıq görüşündən sonra yekun heyəti müəyyənləşəcək.
Məşqçilər korpusu eyni zamanda ehtiyat qüvvə kimi daha 7 futbolçunun adını açıqlayıb. Əsas komandadan zədələnən olarsa, onları məhz ehtiyat qüvvədəkilər əvəzləyəcək.
Qapıçılar: Yuri Dyupin (“Rubin”), Andrey Lunyov (“Zenit”), Matvey Safonov (“Krasnodar”), Anton Şunin (“Dinamo”);
Müdafiəçilər: Georgi Cikiya (“Spartak”), İqor Diveyev, Mario Fernandes (hər ikisi MOİK), Roman Yevgenyev (“Dinamo”), Yuri Jirkov, Vyaçeslav Karavayev (hər ikisi “Zenit”), Fyodor Kudryaşov (“Antalyaspor”, Türkiyə), İlya Samoşnikov (“Rubin”), Andrey Semyonov (“Axmat”);
Yarımmüdafiəçilər: Dmitri Barinov, Rifat Jemaletdinov, Maksim Muxin (hamısı “Lokomotiv”), Aleksandr Qolovin (“Monako”, Fransa), Arsen Zaxaryan, Daniil Fomin (hər ikisi “Dinamo”), Roman Zobnin (“Spartak”), Aleksey İonov (“Krasnodar”), Daler Kuzyayev, Andrey Mostovoy, Maqomed Ozdoyev (hamısı “Zenit”), Denis Makarov (“Rubin”), Aleksey Mirançuk (“Atalanta”, İtaliya), Denis Çerışev (“Valensiya”, İspaniya);
Hücumçular: Artyom Dzyuba (“Zenit”), Anton Zabolotnı (“Soçi”), Aleksandr Sobolev (“Spartak”).
Ehtiyat oyunçular:
Qapıçı: Aleksandr Maksimenko (“Spartak”);
Müdafiəçilər: İqor Smolnikov (“Krasnodar”), Dmitri Çistyakov (“Zenit”);
Yarımmüdafiəçilər: Yuri Qazinski (“Krasnodar”), Daniil Lesovoy (“Dinamo”), Reziuan Mirzov (“Ximki”);
Hücumçu: Fyodor Smolov (“Lokomotiv”).
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib