Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında matç keçirilir.
APA-nın məlumatına görə, Avropa komandasının heyətində yer alan azərbaycanlı idmançılar çıxışlarını başa vurublar.
Azərbaycan yığmasının üzvü Nazim Babayev üçtəkanla tullanmada qüvvəsini sınayıb. O, 16,27 m nəticə ilə 8 idmançı arasında 7-ci yeri tutub. N.Babayev Avropa yığmasının hesabına 2 xal yazdırıb.
Türkiyə millisində çıxış edən azərbaycanlı Ramil Quliyev isə Avropa – ABŞ matçında ən yaxşılardan olub. O, 200 m məsafəni hamıdan birinci başa vurub. 20,16 saniyə nəticəyə imza atan R.Quliyev Avropa yığmasına 9 xal qazandırıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO