Azərbaycanın triatlonçusu Rostislav Pevtsov Ukraynada təşkil olunan sprint üzrə Avropa Kuboku yarışlarında qızıl medal qazanıb.
Azərbaycan Triatlon Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçimiz 16 ölkədən 39 idmançının mübarizə apardığı yarışı 51 dəqiqə 20 saniyəlik nəticə ilə başa vurub.
Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 23 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 58 saniyə nəticə ilə tamamlayıb.
Kseniya Levkovskaya isə bu il beynəlxalq arenada ikinci mükafatını əldə edib. İdmançımız Şarm əl-Şeyxdə keçirilən Açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb.
Qeyd edək ki, triatlonçularımız Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edirlər və Olimpiadaya lisenziya xalları toplayırlar.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO