2021-ci ildə keçiriləcək cüdo üzrə Avropa çempionatı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək.
Apasport.az saytının məlumatına görə, bunu Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik açıqlayıb.
O bildirib ki, bu il Çexiyada baş tutacaq qitə çempionatı kimi, gələn il Portuqaliyada təşkil olunacaq yarış da eyni statusa malik olacaq: “Lissabondakı çempionatın aprelin 30-dan mayın 2-dək keçirilməsi planlaşdırılıb. Portuqaliya Cüdo Federasiyası yarışa hazırlıq məqsədilə böyük işlər görür. Əgər koronavirus pandemiyası ilə bağlı vəziyyətdə dəyişikliklər olsa, problemləri mümkün qədər həll edəcəyik. 2021-ci ilin Avropa çempionatı, noyabra təxirə salınan Praqadakı yarış kimi Olimpiya Oyunlarına vəsiqə baxımından reytinq xarakteri daşıyacaq. Bu təxirəsalma təklifi Çexiya Cüdo Federasiyasından gəldi və beynəlxalq federasiya ilə razılaşdırıldı”.
Qeyd edək ki, Tokio Olimpiadası 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib