Fevral 11-16-da Fransanın Lyeven şəhərində badminton üzrə keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Morteza Validarvi qitə birinciliyində Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid Əlhəsənov və Aqil Qəbilova güvənəcək.
Komandamızın üzvləri turnirə hazırlığın son mərhələsində Ukrayna və Danimarkada təlim-məşq toplanışı keçəcək. 5-ci qrupda yer alan millimizin rəqibləri Almaniya, Çexiya və İslandiya yığmalarıdır.
Komandamız qrupda ilk oyununu fevralın 11-də İslandiya millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Kişi badmintonçulardan ibarət kollektiv ikinci turda Almaniya, qrup mərhələsinin son oyununda isə Çexiya ilə qarşılaşacaq.
Komandaların sayından asılı olmayaraq pley-offa ilk yerin sahibləri yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarət olacaq. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"