Qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri hazırda Qusar şəhərindədirlər.
Apasport.az saytının məlumatına görə, Qusar Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşat Bəhramovun rəhbərliyi altında son ölkə birinciliyində uğur qazanan perespektivli gənc cüdoçular iştirak edirlər.
Qeyd edək ki, gənc cüdoçularımız bu ay Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında mübarizə aparacaqlar. Qusar Olimpiya İdman Kompleksində gənc cüdoçularla yanaşı, kişilərdən ibarət milli komandamızın ikinci heyət üzvləri də iştirak edirlər. Onlar millinin məşqçiləri Elçin İsmayılov, Rüstəm Alimli və Nazim Hüseynovun tapşırıqlarını yerinə yetirərək gündə iki dəfə məşq keçirlər.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO