Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, qitə birinciliyinə 8 güləşçi ilə yollanan millimizin 7 üzvü fəxri kürsüyə qalxıb.
Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komandamız medal rekordunu yeniləyib. 2015-ci ildən keçirilən analoji turnirdə sərbəst güləş millimiz heç vaxt bu qədər medal qazanmamışdı.
Qeyd edək ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb. Yekunda yığmamız 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO