Azərbaycan dünya çempionatında 3 ağırlıqqaldıranla təmsil olunacaq
10.09.2019 - 12:41
Azərbaycan millisinin Tailandın Pattaya şəhərində ağır atletika üzrə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
APA-nın məlumatına görə, yığma mundiala üç idmançı ilə qatılacaq.
Baş məşqçi Asif Məmmədov Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq) və Nailxan Nəbiyevə (96 kq) şans verəcək.
Qeyd edək ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) mübarizə aparacağı yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0