Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təyinat alıb.
APA-nın məlumatına görə, 60 yaşlı mütəxəssis Tailandın Pattaya şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
V. Nəzərov sentyabrın 18-27-də baş tutacaq yarışda münsiflər heyətinin üzvü və hakim-komissar olacaq. Təcrübəli mütəxəssis yarış zamanı hakimlərin işinə qiymət verəcək. O, dünya çempionatında bu vəzifəni icra edəcək ilk azərbaycanlı olacaq.
Qeyd edək ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) mübarizə aparacağı yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Azərbaycan yığması çempionatda üç ağırlıqqaldıranla təmsil olunacaq. Baş məşqçi Asif Məmmədov Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq) və Nailxan Nəbiyevə (96 kq) şans verəcək.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO