Rusiyanın Sosnovıy Bor şəhərində keçirilən cüdo üzrə ənənəvi beynəlxalq turnirdə fərdi yarışlara start verilib.
Apasport.az saytının məlumatına görə, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı, Azərbaycanın yeniyetmələrdən ibarət komandasının bəzi üzvləri də mübarizə aparır.
Beynəlxalq turnirin ikinci günü Aydın Rzayev (60 kq), Emin Həsənov (46 kq), Süleyman Əliyev (66 kq) müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi Rusiya turnirinin komanda yarışlarının da gümüş medallarını qazanıb.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib