Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
APA-nın məlumatına görə, +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev ilk döyüşündə qalib gəlməklə 16 ən güclü boksçu sırasına düşüb.
O, çinli Danabieke Bayıkevuzini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 4:1 (28:27, 28:26, 28:26, 28:26, 27:28) hesabı ilə məğlub edib.
M. Abdullayev 1/8 finalda misirli Yosri Rezk Mustafa ilə üz-üzə gələcək. Döyüş sabah olacaq.
M. Abdullayevdən fərqli, Lorenzo Sotomayor (69 kq) məğlubiyyətə üzülüb. 1/16 finalda əlcəzairli Şemseddin Kramou ilə qüvvəsini sınayan Olimpiya mükafatçımız 2:3 (28:29, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə uduzub.
Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq) və Dominqes Alfonso (81 kq) da 1/8 finala yüksəlib.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO