Bu ilin dekabrına planlaşdırılan güləş üzrə dünya çempionatı baş tutacaq.
Apasport.az saytının məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.
O bildirib ki, koronavirus pandemiyası səbəbindən keçirilməsi sual altına düşən Serbiyanın paytaxtı Belqraddakı yarış təşkil olunacaq. Mamiaşvili çempionatın formatının dəqiqləşmədiyini qeyd edib.
Onun sözlərinə görə, bu barədə qərarı sabah Dünya Güləş Birliyi (UWW) verəcək: “Tədbir baş tutacaq, amma hansı formatda olacağı artıq başqa sualdır. Dekabrda güləş üzrə böyük dünya miqyaslı turnirin keçiriləcəyi dəqiqdir”.
Qeyd edək ki, çempionatın dekabrın 12-20-də keçirilməsi nəzərdə tutulub.
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək