Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın 6-cı günündə daha iki çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.
Azərbaycan yığmasının mundialdakı son iştirakçısı da tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elmar Qasımov yarışı erkən başa vurub.
Kişilər
100 kq
İlk mərhələdən azad olan Elmar Qasımov ikinci raundda İlya Sulamanidze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Olmipiya mükafatçımız mundialla vidalaşıb.
Beləliklə, millimiz mundialı bir medalla bitirib. Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc mükafat əldə edib. Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə 5-ci yeri tutub.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO