Beynəlxalq Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, may ayı üçün müəyyənləşən siyahının ilk “25-liy”ində Azərbaycan millisinin 5 taekvondoçusu yer alıb.
Komandamızın heyətində ən yaxşı nəticə Milad Beiqi Harçeqaniyə məxsusdur. 80 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu 441,32 xalla yenə ikinci yerdədir. O, ilk pillədə qərarlaşan rusiyalı Maksim Xramtsovdan 88,15 xal geri qalır.
Olimpiya çəkiləri üzrə açıqlanan siyahıda digər taekvondoçularımız da mövqeyini qoruyub. Radik İsayev (+80 kq) yenə 5-ci, Cavad Ağayev (68 kq) 16-cı, Fəridə Əzizova (67 kq) 18-ci və Qaşım Maqomedov (58 kq) 23-cü yerdədir.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən yarışlar olmasa da, bəzi çəki dərəcəsində dəyişikliklər rəsmiləşib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"