Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə daha iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.
Azərbaycan yığmasının üzvləri yalnız kişilərin 73 kq çəki dərəcəsində tatami üzərinə çıxıb. Hidayət Heydərovla Nurlan Osmanov medallar uğrunda mübarizəyə qoşulub və onlardan birinci medalın bir addımlığında büdrəyib.
Kişilər
73 kq
Hər iki təmsilçimiz I mərhələdən yarışa başlayıb. Uzun fasilədən sonra bu çəki dərəcəsinə qayıdan Hidayət Heydərovun rəqibi mozambikli Ayton Siquie olub. O, ipponla qalib gəlib. Heydərov ikinci cəhdində Yakub Jesmineki (Çexiya) də ippona salıb. 1/8 finalda Covanni Espositonu (İtaliya) mübarizədən kənarlaşdıran təmsilçimiz 1/4 finalda Bilal Çiloğlunu (Türkiyə) sınağa çəkib. Təəssüf ki, Hidayət uğurlu seriyasını davam etdirə bilməyib və rəqib yarımfinala yüksəlib
Cüdoçumuz təsəlliverici qarşılaşmada macarıstanlı Mikloş Unqvari ilə qüvvəsini sınayıb. Qələbə qazanan Heydərov bürünc medal uğrunda görüşdə yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib. Hidayət uduzduğundan 5-ci yeri tutub.
İsveçli Tommy Maçiasla qarşılaşan Nurlan Osmanov debütdə məğlub olub.
Qeyd edək ki, çempionata 12 cüdoçu ilə qatılan millimizin 6 üzvü ilk iki gündə tatami üzərinə çıxıb. Onlardan Kəramət Hüseynov (60 kq) 3-cü yerin sahibi kimi mükafatçılar sırasına düşüb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO