İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçin İsveç yığmasına dönmək variantı yenidən yaranıb.
Apasport.az saytının məlumatına görə, 40 yaşlı forvard bu il keçiriləcək AVRO-2020-də iştirak edə bilər.
Zlatan 2016-cı ildəki qitə birinciliyindən sonra yığma karyerasını başa vurduğunu elan edib. Ulduz futbolçu millinin çalışdırıcısı Yanne Anderssonu tənqid etsə də, sonradan vəziyyət dəyişib. İbrahimoviçin indi Avropa çempionatında iştirak etmək arzusunda olduğu bildirilib.
Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç yığmasının heyətində 116 oyunda 62 qol vurub. İsveç millisi koronavirus pandemiyasi səbəbindən bu ilə təxirə salınan Avropa çempionatında İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda qərarlaşıb.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub