Əfsanəvi amerikalı boksçu Mayk Tayson yenidən gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, 54 yaşlı dünya ulduzu Milli Hokkey Liqasının (MHL) keçmiş hücumçusu Jorj Larakla rinqə çıxmağa hazırlaşır.
43 yaşlı kanadalı sabiq hokkeyçi radioya açıqlamasında Taysonla duel üçün danışıq apardıqlarını və razılığın 75 faiz alındığını söyləyib. Tayson bundan əvvəl həmyerlisi Roy Consla noyabrın 28-də döyüşməyi planlaşdırdıqlarını açıqlayıb.
Qeyd edək ki, peşəkar karyerası ərzində 58 döyüş keçirən Mayk Tayson bunun 50-də (44-ü nokautla) qələbə qazanıb. MHL-də 752 oyunda iştirak edən Jorj Larak isə 2010-cu ildə karyerasını bitirib.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar