Məhəmmədrəsul Məcidov nokautla qazandı
14.09.2019 - 06:52
Həvəskarlar arasında üçqat dünya çempionu olan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşünü keçirib.
APA-nın məlumatına görə, 32 yaşlı boksçu sentyabrın 13-də Nyu-Yorkda amerikalı Ed Fonteynlə üz-üzə gəlib.
M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə başa çatıb. O, döyüşün 4-cü raundunda E. Fonteyni texniki nokautla məğlub edib. Bu, 30 yaşlı amerikalının karyerasında 19-cu qarşılaşmasında 7-ci məğlubiyyət olub.
Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli müqavilə imzalayan M.Məcidov tanınmış promouter Eddi Heynlə çalışır.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0