Növbəti rəqibi dəqiqləşdi - Məhəmmədrəsul Məcidovun
05.11.2020 - 13:56
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki növbəti rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu olan idmançımız 3-cü döyüşünü noyabrın 27-də keçirəcək.
Ağır çəkidə mübarizə aparan Məhəmmədrəsul Puerto-Riko təmsilçisi Sahret Delqado ilə görüşəcək.
8 raundluq qarşılaşma ABŞ-da təşkil olunacaq. Döyüş Hollivuddakı “Seminole Hard Rock Hotel and Casino”da baş tutacaq.
Qeyd edək ki, indiyədək iki peşəkar döyüş keçirən Məcidov Ed Funten və Tom Littlə qalib gəlib. Onun rəqibinin hesabında isə 8 qələbə var.
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
0
0