Şahmat üzrə yarışların keçirilmədiyi koronavirus pandemiyası dövründə bu idman növünün onlayn versiyası populyarlıq qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, FİDE-nin diqqətindən yayınmayıb.
Dünya şahmat qurumu onlayn oyunlar üçün yeni əsasnamə hazırlayıb. Sənəd FİDE-nin Şurası tərəfindən təsdiqlənib. Bütün rəsmi turnirlər yeni əsasnamə ilə təşkil olunacaq.
Xüsusi İşçi Qrupun tərtib etdiyi sənəd üç hissədən ibarətdir. 1-ci bölmə əsas qaydalara həsr olunub. 2-ci hissə ümumilikdə onlayn turnirlərin qaydalarını əks etdirir. Əsasnamənin sonuncu bölümündə onlayn turnirlərin iki növü üzrə qaydalar ayrı-ayrılıqda qeyd olunub. Bunlar tam onlayn və hibrid turnirlərdir. Sonunculara şahmatçıların federasiya, klub və ya oteldə yerləşdirilərək oradan onlayn oynaması aiddir.
FİDE hibrid variantını daha səmərəli hesab edir. Qurum bir sıra nüfuzlu rəsmi turnirləri də bu formatda keçirməyi planlaşdırır.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar