Azərbaycan taekvondoçusu Radik İsayev Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pridə yarımfinal görüşünə çıxıb.
APA-nın məlumatına görə, +80 kq çəkidə dayanq üzərinə çıxan Olimpiya çempionu finala vəsiqə uğrunda qarşılaşmada rusiyalı Vladislav Larinlə üz-üzə gəlib.
Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə R. İsayev Qran-prini bürünc medalla başa vurub.
Qeyd edək ki, sabah başa çatacaq yarışda Azərbaycan yığması 8 idmançı ilə təmsil olunur.
***
Saat. 12:27
Azərbaycan taekvondoçusu Radik İsayev Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pridə yarımfinala yüksəlib.
APA-nın məlumatına görə, +80 kq çəkidə dayanqa çıxan Olimpiya çempionu finala vəsiqə uğrunda qarşılaşmada rusiyalı Vladislav Larinlə görüşəcək.
O, bu döyüşədək komanda yoldaşı Ramin Əzizovu, ardınca böyük britaniyalı Lutalo Məhəmmədi və qazaxıstanlı Ruslan Zaparova qalib gəlib.
Qeyd edək ki, sabah başa çatacaq yarışda Azərbaycan yığması 8 idmançı ilə təmsil olunur.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO