İsrailin Təl-Əviv şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib.
Apasport.az saytının məlumatına görə, ilk yarış günündə kişilər 2, qadınlar 3 çəki dərəcəsində mübarizə aparıb.
Azərbaycan millisi üçün ilk gün uğursuzluqla nəticələnib. Mübarizəyə ikinci mərhələdən qoşulan Kəramət Hüseynov (60 kq) italiyalı Ancelo Pantanaya, Yaşar Nəcəfov (60 kq) ukraynalı Artyom Lesyuka uduzaraq yarışla vidalaşıb.
İbrahim Əliyev (66 kq) ikinci raundda rusiyalı Beslan Mudranova qalib gəlsə də, 1/8 finalda perulu Xuan Postiqosa məğlub olub.
İlk mərhələdən yarışa qatılan Orxan Səfərov (66 kq) ispaniyalı Daniel Peres Roman, koreyalı Limhvan Kim, ukraynalı Boqdan Yadova qalib gəlməklə 1/4 finala yüksəlib. Bu raundda qazaxıstanlı Yerlan Serikjanova, təsəlliverici görüşdə onun həmyerlisi Yeldost Jumakulova uduzaraq medal şansını itirib.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) israilli Şira Rişoni, Aişə Qurbanlı (48 kq) türkiyəli Gülkader Şentürk önündə aciz qalıb. Gültac Məmmədəliyeva (52 kq) gürcüstanlı Tetyana Levitska-Şuxvani üzərində qələbədən sonra rumıniyalı Andrea Çitu ilə bacarmayıb.
Milliləşən legioner Aleksandra-Larisa Florian (57 kq) ikinci mərhələdə dominikalı Ana Rosa, ardınca gürcüstanlı Eteri Lipartelianini məğlub edib. Təmsilçimiz 1/4 finalda macarıstanlı Helviq Karakaşa uduzub. O, təsəlliverici görüşdə kosovolu Nora Qyakova ilə qarşılaşıb və yenə məğlubiyyətə üzülüb.
İlk mərhələdən azad olan İçinxorlo Munxsedev (57 kq) isə avstriyalı Sabrina Filzmozerə yenilib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"