Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Təşkilatları üzrə (NADO EAG) yeni yaradılmış ekspert məsləhətçi qrupunun üzvü seçilib.
Bu barədə apasport.az saytına qurumdan məlumat verilib.
Bildirilib ki, 10 nəfərdən ibarət ekspert məsləhətçi qrupunda Azərbaycan da daxil olmaqla 9 ölkənin (Azərbaycan, Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa, Çin) və bir beynəlxalq təşkilatın (İNADO) nümayəndəsi təmsil olunur.
Yeni yaradılan ekspert məsləhətçi qrupunun məqsədi WADA-ya bütün Milli Antidopinq Təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyyə və təlimatları verməkdir.
Qeyd edək ki, 2021-ci ildə yeni Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların qüvvəyə minməsi ilə paralel olaraq, Agentliyin özündə də rəhbər, işçi və ekspert qurumları ilə bağlı bəzi struktur dəyişiklikləri edilib. Bu dəyişikliklərdən biri də bəzi məsləhətçi qrupların ekspert qruplarına çevrilməsidir. Dəyişikliklərə əsasən yeni yaradılan qrupların WADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının baxdığı məsələlərə ekspert məsləhətləri verməsi təmin edilib.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar