![Yeni qalmaqal: İdmançı məşqçisi tərəfindən illərlə zorlanıb - FOTOSESSİYA](https://apasport.az/storage/news/2020/january/30/big/1580389329279_mjD3vGsx.jpeg)
Dünya idmanında yeni qalmaqal yaranıb.
Apasport.az saytının məlumatına görə, buna məşhur fransalı fiqurlu konkisürən Sara Abitbolun ittihamları səbəb olub.
Dəfələrlə dünya və Avropa çempionatlarında mükafatçılar sırasına düşən, 10 dəfə Fransa çempionu olan idmançı sabiq məşqçisi Jil Beyer tərəfindən seksual zorakılığa məruz qaldığını açıqlayıb. O bildirib ki, yetkinlik yaşına çatmadığı 1990-1992-ci illərdə dəfələrlə məşqçisi tərəfindən zorlanıb.
Sara belə ittiham irəli sürən ilk fransalı fiqurlu konkisürən deyil. Daha üç idmançı məşqçilər tərəfindən zorlandığını etiraf edib.
Elen Qodar hələ ötən əsrin 70-ci illərində Beyer tərəfindən zorlandığını açıqlayıb. O, seksual təcavüzə 13 yaşında məruz qalıb. Onu digər məşqçisi Jan-Rolan Rakl da dəfələrlə zorlayıb.
Beatris Dyumur və Enni Bruno isə digər mütəxəssis, sabiq çalışdırıcıları Mişel Lotsun eyni cinayəti etdiyini açıqlayıblar. Onlar 90-cı illərdə yetkinlik yaşlarına çatmamış bu halla üzləşiblər.
Qeyd edək ki, Beyer 2014-18-ci illərdə Fransa Buz İdman Növləri Federasiyasında məsul vəzifədə çalışıb. O, ittihamlara münasibət bildirməyib.