Adil Şükürov rəsmən “Kəpəz”də
13.11.2023 - 16:42
Adil Şükürov rəsmən “Kəpəz”də

“Kəpəz” klubunun yeni baş məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama verib. 

Baş məşqçi postu Adil Şükürova tapşırılıb. Gənc mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Məşqçi bu gündən vəzifəsinin icrasına başlayıb. Adil Şükürov vaxtilə futbolçu kimi də bu komandada çıxış edib. 

Qeyd edək ki, o, 1999/2000-ci illər mövsümündə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

0