AFFA-dan növbəti cəzalar
26.10.2023 - 14:11
AFFA-dan növbəti cəzalar

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

İclasda aşağıdakı qərarlar qəbul olunub:

Misli Premyer Liqası II tur

25.10.2023-cü il tarixində Misli Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

25.10.2023-cü il tarixində Misli Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 2 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 42.4, 32)

II Liqa VIII tur

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Dinamo” – “Kür-Araz” görüşündə “Dinamo” klubu oyunun ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Dinamo” – “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində “Kür-Araz” klubunun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olduğuna görə “Kür-Araz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, komanda 400 manat cərimə edilir (maddə 61.6);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Ağdaş” – “Kürmük Qax” görüşündə “Kürmük Qax” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilir (maddə 37);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Ağdaş” – “Kürmük Qax” görüşünə Təcili Tibbi Yardım təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 72.4);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Ağdaş” – “Kürmük Qax” görüşünün oyun öncəsi iclasında “Kürmük Qax” klubu iştirak etmədiyinə görə “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 73.1);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Ağdaş” – “Kürmük Qax” görüşü “Kürmük Qax” klubunun qapıçısının formasında qüsurlar olması səbəbindən 4 dəqiqə gec başladığına görə “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 75.6);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Lerik” – “Şəmkir” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilir (maddə 37);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Lerik” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilir (maddə 37);

23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Lerik” – “Şəmkir” oyununun 69-cu dəqiqəsində “Şəmkir” klubunun 11 nömrəli futbolçusu Elgün Namazov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şəmkir” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Şahdağ Qusar” – “Qusar” oyununda “Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

24.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Şəfa” – “Cəbrayıl” oyununun 68-ci dəqiqəsində “Şəfa” klubunun 77 nömrəli futbolçusu Sahib Cümşüdov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Şəfa” klubu 200 manat cərimə edilir (maddə 39.2);

24.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Şəfa” – “Cəbrayıl” oyunu xərəkdaşıyanlarla tam təmin olunmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 74.1);

24.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Sheki City” – “Füzuli” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

24.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Sheki City” – “Füzuli” oyununda “Füzuli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37).

0