AFFA "Qəbələ"ni cərimələyib
21.08.2025 - 14:48
AFFA "Qəbələ"ni cərimələyib

AFFA İntizam Komitəsi "Qəbələ"ni cərimələyib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Misli Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün qonaq komanda 700 manat cərimələnib.

Qeyd edək ki, mövsümün açılış qarşılaşması bərabərliklə yekunlaşıb - 1:1.