
“Qarabağ”da daha bir ayrılıq yaşanmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, Leandro Andrade artıq qərarını verib.
O, mövsümün sonunda komandanı tərk etməyi düşünür.
Yarımmüdafiəçi karyerasını Avropada davam etdirmək niyyətindədir. Onunla Rusiya klubları da yaxından maraqlanır.
Andrade üçün əsas namizədlərdən biri də “Krasnodar”dır. Komandanın baş məşqçisi daha əvvəl “Sabah”a rəhbərlik etmiş Murad Musayevdir. Mütəxəssis Andradeni heyətində görməkdə israrlıdır.
Həmçinin Leandro ilə “Ferentsvaroş” da rənglərinə bağlamaq niyyətindədir. Qış fasiləsində “Qarabağ”dan Julio Romaonu transfer edən Macarıstan təmsilçisi yayda Andradeninin keçidini reallaşdırmaq istəyir.
Qeyd edək ki, Leandro 2022-ci ilin yanvarından Ağdam klubunun şərəfini qoruyur. Onun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- "Şamaxı" "Səbail"i məğlub etdi - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Premyer Liqa: 3 turun proqramı müəyyənləşib
- "Turan Tovuz"dan növbəti transfer həmləsi - EKSKLÜZİV