Andrey Lunyovun durumu müəyyənləşdi
10.11.2023 - 15:17
Andrey Lunyovun durumu müəyyənləşdi

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, rusiyalı qapıçı ən azı 10 gün müddətinə sıradan çıxıb.

Avropa Liqasının “Bayer”lə görüşündə zədələnən qolkiper Rusiya yığmasının heyətinə çağırılmışdı. Amma onun bərpa prosesi ayın 20-də baş tutacaq Kuba ilə görüşə qədər davam edəcək.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə 0:1 hesabı ilə uduzub.

0