Donetsk “Şaxtyor”unun qapıçısı Andrey Pyatov karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Qarabağ” veteran qolkiperin xidmətində maraqlıdır.
Ukrayna millisindəki karyerasını yenicə başa vuran 38 yaşlı qapıçı növbəti mövsümün ilk yarısını Ağdam təmsilçisində keçirə bilər. Çempionlar Liqasında yenidən qrupa düşməyi hədəfləyən Azərbaycan çempionu Pyatovu 6 aylıq icarəyə götürmək variantını nəzərdən keçirir. Onun Donetsk təmsilçisi ilə müqavilə müddəti 2023-ün yayına qədərdir.
Qeyd edək ki, Ukrayna yığmasının heyətində 100-dən çox oyun keçirən Andrey Pyatov 2007-ci ildən “Şaxtyor”un formasını geyinir.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ