“Araz-Naxçıvan” daha 7 futbolçu ilə yollarını ayırıb
11.06.2024 - 11:15

“Araz-Naxçıvan” komandası daha 7 futbolçu ilə yollarını ayırıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Abdulla Rzayev və İlqar Alekperovun icarə müqaviləsi başa çatdığı üçün hər iki oyunçu “Sabah”ın düşərgəsinə qayıdıb.
Turan Manafov, Zamiq Əliyev, Tural Bayramlı, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi bunadək Semir Bukviç, Numan Kurdiç, Aksel Nqando, İsmail Azzaui, Mohammed Kadiri və Elvis Maşike ilə vidalaşıb.
- Millimiz Belarusla bacarmadı
- Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”
- Santuş: "Oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur"
0
0