"Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib
10.10.2025 - 17:13

Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, komanda I Liqanın hazırki lideri "Şəfa" ilə üz-üzə gəlib.
BOS-nın ehtiyat meydanında keçirilən görüş saat 15:00-da start götürüb.
Qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
0
0