"Araz-Naxçıvan" "Trabzonspor"la qarşılaşacaq
07.07.2025 - 16:50
"Araz-Naxçıvan" "Trabzonspor"la qarşılaşacaq

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, klub hər üç yoxlama görüşündə Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.

Elmar Baxşıyevin komandası iyulun 9-da “Bayburtspor”la üz-üzə gələcək. 2 gün sonra “Alanyaspor”la oynayacaq “Araz-Naxçıvan” son matçını “Trabzonspor”a qarşı keçirəcək. Görüş iyulun 17-də olacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. İlk oyun iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.