“Atletiko”nun futbolçularına Premyer Liqadan təklif
25.05.2022 - 21:49
“Atletiko”nun futbolçularına Premyer Liqadan təklif

“Atletiko”nun futbolçuları - müdafiəçi Renan Lodi və yarımmüdafiəçi Yannik Karrasko İngiltərədə çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, hər iki oyunçu “Nyukasl”ın maraq dairəsindədir.

Premyer Liqa təmsilçisi, xüsusən də, braziliyalı müdafiəçi üçün 40 milyon avro təklif etmək niyyətindədir. Lodi “Yuventus”un da gündəmindədir. O ki qaldı Karraskoya, baş məşqçisi Dieqo Simeone onun getməsinə qarşıdır. Belçikalı özü də qalmaq niyyətindədir.

Qeyd edək ki, geridə qalan mövsüm bütün turnirlərdə Renan Lodi 42 oyunda 4 qol, Yannik Karrasko isə 44 matçda 6 qol vurub.
 

0