“Sabah”dan çətin qələbə, autsayderlərdən qolsuz sülh
02.10.2022 - 19:55
“Sabah”dan çətin qələbə, autsayderlərdən qolsuz sülh

Misli Premyer Liqasında VIII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki oyun keçirilib.

Liderlər qrupunda qərarlaşan “Sabah” “Şamaxı”nın qonağı olub. Murad Musayevin yetirmələri autsayderin müqavimətini yalnız son dəqiqələrdə qırıb. Bir qolla qələbə qazanan bakılılar turnir cədvəlində ikinci sıraya yüksəlib.

Uğursuz mövsüm keçirən “Kəpəz”lə “Sumqayıt” “Gənclik şəhəri”ndə üz-üzə gəlib. Bu, Samir Abasovun sabiq komandasına qayıdışdan sonrakı ilk sınağı olub. Autsayderlər qrupunda yer alan rəqiblər qolsuz sülhlə ayrılıblar.

Qeyd edək ki, I dövrənin son turunun matçları oktyabrın 7-9-da keçiriləcək.

Misli Premyer Liqası
VIII tur
2 oktyabr (bazar)

15:30. “Şamaxı” – “Sabah” - 0:1
Qol:
Abdulaye Ba, 90+1
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli
“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
Şamaxı şəhər stadionu

18:00. “Sumqayıt” – “Kəpəz” - 0:0
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov
“Kəpəz”: 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. Peyman Keşavarzi, 
40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 8. Tural Axundov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
“Kapital Bank Arena”

1

Qarabağ

7

7

0

0

24-6

21

2

Sabah

8

6

1

1

17-7

19

3

Neftçi

8

6

0

2

17-9

18

4

Qəbələ

8

5

0

3

13-8

15

5

Zirə

8

4

1

3

12-16

13

6

Turan Tovuz

7

3

1

3

6-8

10

7

Səbail

8

1

2

5

8-12

5

8

Kəpəz

8

1

1

6

6-18

4

9

Sumqayıt

8

0

4

4

1-10

4

10

Şamaxı

8

0

2

6

4-14

2

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") – 7, Coy Lens Mikels ("Sabah") - 5 qol.

0