Avropa çempionatına yola düşəcək heyət
31.10.2023 - 21:23
Avropa çempionatına yola düşəcək heyət

Azərbaycanın qadın və kişi cudoçulardan ibarət yığma komandaları noyabrın 3-5-də böyüklər arasında Avropa çempionatında iştirak edəcək. 

Apasport.az xəbər verir ki, Fransanın Monpelye şəhərində keçiriləcək yarışda Azərbaycan qadınlar və kişilər arasında 9 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarına baş çəkərək, onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Qeyd edək ki, kişilərdən və qadınlardan ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə İspaniya, Slovakiya, Özbəkistanda və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Avropa çempionatında iştirak edəcək heyət
Qadınlar

48 kq
Leyla Əliyeva
52 kq
Gültac Məmmədəliyeva

Kişilər
60 kq
Balabəy Ağayev
Turan Bayramov
66 kq
Yaşar Nəcəfov
73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kq
Zelim Tçkayev
90 kq
Murad Fətiyev
100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri

0