UEFA Avropa Liqasının VII turunda Rumıniyanın FKSB klubu "Qarabağ"ı məğlub edib - 3:2.
Apasport.az xəbər verir ki, turnirin əsas mərhələsinin bitməsinə 1 həftə qalmış FKSB vacib qələbə qazanıb. Bu nəticə təkcə FKSB üçün yox, turnirin gedişatı üçün də mühüm əhəmiyyət kəsb edib.
"Qarabağ"ın Avropa Liqasında yolunu kəsən FKSB-nin qazandığı vacib xallar turnir cədvəlində dəyişikliklərə səbəb olub.
Belə ki, Türkiyə təmsilçilərindən "Qalatasaray" ilk 8-likdəki yerini itirərək 13 xalla 9-cü pilləyə düşüb.
İstanbul klubu əvvəlki mövqeyinə qayıtmaq üçün VIII turda Niderland təmsilçisi "Ayaks"ı məğlub etməli və özündən yuxarıdakı komandaların xal itirməsini gözləməlidir.
Qarşıdakı tur hər iki komanda üçün həlledici xarakter daşıyır.
- Rəşad Sadıqov: "Ümid edirəm ki, ciddi bir şey olmaz"
- "Zirə" Şamaxıdan 3 xalla dönür - YENİLƏNİB
- Juninyonun sabiq komanda yoldaşı "Turan Tovuz"da - RƏSMİ
- "Qarabağ" uduzdu, Azərbaycanın reytinqdəki mövqeyi dəyişmədi
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV