Misli Premyer Liqasının XXX turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq. Epizodları qola çevirə bilməsək də, uşaqlara təşəkkür edirəm. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik".
- Rati Ardazeşvili ilə Luis Paçunu əvəzləməyinizin səbəbi nə idi?
- Oyunun gedişatı yenilənmə tələb edirdi. Onları təhlükəyə ata bilmərik. Hücumda sürəti artırmaq istədik. Bu, bəzi epiozdlarda alındı. Son nöqtəni qoya bilmədik. Sonradan meydana daxil olanlar oyuna pis qoşulmadı.
- Camal Cəfərov 3 epizodda fərqlənə bilmədi. Sizcə, qol vurmaq üçün nə çatmadı?
- Texniki keyfiyyətlərdir. Camal yaxşı futbolçudur. Sadəcə qol duyumunda geri qalır. Çoxdandır oynamamağı buna səbəb ola bilər.
- Mahammadu Banın durumu necədir?
- Sabahdan məşqlərə başlayacaq. "Sabah"la matçda ciddi zədə almışdı. Ümumi durumu normaldır. Qırıq-çıxıq yoxdur.
- Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər
- Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşdi - YENİLƏNİB
- “Turan Tovuz” – “Sabah” matçının hakimləri bəlli olub
- “Kəpəz”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB