
Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması ərəfəsində UEFA komandaları və cütləri qruplara bölüb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqiblərinin sayı azalıb.
Püşk zamanı “Neftçi” səpələnmişlər səbətində olacaq. Digər iki komandamız səpələnməmişlər səbətindədir.
“Qəbələ”: APOEL (Kipr), “Başakşəhər” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan), “Radniçki” (Serbiya)
“Neftçi”: “Dinamo” Minsk (Belarus) – “Deçiç” (Monteneqro) cütünün qalibi, “Aris” (Kipr), “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi, “Makedoniya” (Şimali Makedoniya), “Velej” (Bosniya və Herseqovina)
“Zirə”: “Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya), “Makkabi” (Təl-Əviv, İsrail)
Çempionlar Liqasının “Lex” – “Qarabağ” cütündə məğlub olan komanda isə aşağıdakı cütlərdən birinin uğursuzu ilə görüşəcək:
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)
“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)
“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)
“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya)
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO