Azərbaycan millisinin Avropa çempionluğu münasibətilə konset keçirildi - FOTOLENT
15.06.2022 - 22:41
Azərbaycan millisinin Avropa çempionluğu münasibətilə konset keçirildi - FOTOLENT

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil edilib.

Apasport.az saytının məlumatına görə, tarixi zəfərlə bağlı bu gün Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı keçirilib.

İlk olaraq Avropa çempionlarımız fəxri mükafatla Bakının mərkəzi küçə və prospektlərində trofey turuna çıxıb. Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib. Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanıb. Xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group”, “Zirə” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Nar”ın sponsorluğu ilə keçirilən konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə millinin baş məşqçisi Elşad Quliyev çıxış edib.

Ardından müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra musiqi ifa ediblər.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Yığmamız finalda altıqat qitə çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edib.

0