Azərbaycanda daha bir klub Bakıya köçdü
17.03.2026 - 12:50
“Difai” klubunun I Liqada rəqiblərini qəbul etdiyi Ağsu şəhər stadionu təmirə bağlanıb.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Bununla əlaqədar klub ev qarşılaşmalarını Buzovna qəsəbə stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət edib.
“Baku Sportinq” klubunun razılıq məktubu və stadiondan istifadə ilə bağlı ikitərəfli müqaviləni əsas götürən Peşəkar Futbol Liqası “Difai”nin I Liqanın 21-ci turundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Buzovna qəsəbə stadionunda keçirməsinə qərar verib.
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
- Rəşad Eyyubov: “Çox ağır oyun keçirdik”
2
0