Azərbaycanlı referi Avropa Liqası matçına təyinat alıb
01.08.2024 - 13:26

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- PFL Azərbaycan Kubokunun qalibi oldu
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Şahruddin Məhəmmədəliyevə Avropadan təklif: CİDDİ MÜŞTƏRİSİ VAR
0
0