Bakıda fitnes məşqçiləri üçün UEFA B kursu keçirilib
24.10.2024 - 12:56
AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Şmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər.
Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.
Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
0
0