"Baku Sportinq"dən əzmkar qələbə - YENİLƏNİB
07.05.2026 - 17:55
Bu gün I Liqada XXV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 1 matç baş tutub.
"Cəbrayıl" "Baku Sportinq"i qəbul edib. Meydan sahibləri iki dəfə hesabda önə keçsə də, qələbə hesabını qoruyub saxlaya bilməyib.
Əvəzində oyunun sonlarında fərqlənən qonaqlar 3 xal qazanıb.
I Liqa
XXV tur
7 may (cümə axşamı)
“Cəbrayıl” – “Baku Sportinq” 2:3
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı OİK stadionu
1
0