“Barselona” 2 futbolçusunun müqaviləsini ləğv edir
18.06.2022 - 17:54
“Barselona” 2 futbolçusunun müqaviləsini ləğv edir

“Barselona” iki futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu maaş büdcəsini azaltmaq üçün heyətində təmizləmə işlərini davam etdirir.

La Liqa təmsilçisi bu dəfə qapıçı Neto və müdafiəçi Samuel Umtiti ilə vidalaşmağın yollarını axtarır. İspanlar hər iki oyunçunun müqaviləsinə xitam vermək, onlara azad agent kimi başqa klubla keçmək şəraiti yaratmaq istəyir.

Qeyd edək ki, Neto 2023-cü, Umtiti isə 2026-cı ilə qədər müqavilə ilə “Barselona”ya məxsusdur.

0