“Bayer” - “Qarabağ”: KİM ŞANSLIDIR?
26.10.2023 - 14:52
“Bayer” - “Qarabağ”: KİM ŞANSLIDIR?

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az xəbər verir ki, bukmeker kontorları meydan sahiblərini matçın favoriti sayırlar. 

Bu gün “Bay Arena” stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 11,50, Leverkuzen təmsilçisinin qalibiyyəti 1,19 əmsaldır. Qarşılaşmada heç-heçəyə 6,54 əmsal verilib.
 
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0