“Bayer” – “Qarabağ” oyununda rumıniyalı hakimlər
24.10.2023 - 12:12
“Bayer” – “Qarabağ” oyununda rumıniyalı hakimlər

“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Avropa Liqasının qrup mərhələsinin III turunun matçını Rumıniyadan olan hakimlər idarə edəcək. Oktyabrın 26-da keçiriləcək görüşün baş hakimi Horatsiu Feșniç olacaq.

Ona Valentin Avram və Aleksandru Çerey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolş Kovaç yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, italiyalı Paolo Valeri AVAR hakimi olacaq.

Qeyd edək ki, matç Leverkuzendə keçiriləcək.
 

0