“Bazel”in üzləşdiyi maraqlı hadisə
31.10.2023 - 23:11
“Bazel”in üzləşdiyi maraqlı hadisə

İsveçrənin  “Bazel” klubu maraqlı vəziyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, komanda oktyabr ayı üçün ən yaxşı qolu seçə bilməyib.

Buna səbəb “Bazel”in ay ərzində qolu vura bilməməsidir. Bütün oyunlarda məğlub olan İsveçrənin 20 qat qalibi öz qapısından 10 top buraxıb. Bazellilər 11 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində yer alıblar.

Qeyd edək ki, “Bazel” sonuncu dəfə sentyabrın 28-də “Lütsern”lə 1:1 hesabı ilə başa çatan iyunda fərqlənib.
 

0