Belaruslu futbolçu: “Azərbaycan necə futbol oynamağı bilir”
12.06.2022 - 19:06
Belaruslu futbolçu: “Azərbaycan necə futbol oynamağı bilir”

Millətlər Liqasının IV turunun Azərbaycan - Belarus matçından öncə keçirilən mətbuat konfransında rəqib komandanın futbolçusu Ruslan Yudenkov mətbuat konfransında iştirak edib. 

Apasport.az xəbər verir ki, müdafiəçi millimizə qarşı sabah keçiriləcək matçı komandası üçün vacib hesab edir. 

O bildirib ki, əhval-ruhiyyələri o qədər də yüksək deyil: “Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur. Gördüyüm qədərilə Azərbaycan oyun strukturu olan, yaxşı komandadır. Onlar necə futbol oynamağı bilirlər. Topa sahib olmağı sevirlər. İlk oyunumuzu da götür-qoy etmişik. Necə olacağını sabah görəcəyik".
 

0