
Türkiyə Superliqa təmsilçisi olan “Beşiktaş”ın ötən il heyətinə qatdığı Conas Svensonla yolları ayırcaq.
Apasport.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Fernando Santuş performansını bəyənmədiyi üçün norveçli sağ cinah müdafiəçisini əsas heyətdən çıxarıb.
Superliqa və Ziraat Türkiyə Kubokunda ümumilikdə 6 matça çıxan Svenson 435 dəqiqə meydanda qalsa da, fəqlənə bilməyib.
"Beşiktaş" daha 1 illik müqaviləsi olsa da, mövsümün sonunda Svensonla vidalaşmağı planlaşdırır.
“Ağ-qaralar”ın nəzərində Svensonu əvəzləyəcək 2 futbolçu var: “Borussiya Dortmund”dan Marius Volf və “Vest Hem”dən Ben Conson.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...